Azərbaycan hökuməti 2016-cı ildə ÜDM-in 2,8% azalacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Daha əvvəl hökumət 2016-cı ildə ÜDM-in 1,8% artacağını proqnozlaşdırırdı.
"Cari il üçün respublikada ÜDM-in nominal həcmi 58 mlrd. 816,5 mln. manat səviyyəsində proqnozlaşdırılır, azalma 2,8% təşkil edəcək", - deyə məlumatda qeyd edilir.
2016-cı ildə neft sektorunda azalma 0,9%, qeyri-neft sektorunda - 3,6% səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara görə, neft sektorunda ÜDM-in nominal həcmi 19 mlrd. 640,5 mln. manat, qeyri-neft sektorunda - 39 mlrd. 176 mln. manat təşkil edəcək. Cari ildə neft sektorunun ÜDM-də payı 33,4%, qeyri-neft sektorunun - 66,6% olacaq.
2016-cı ilin yekunları üzrə özəl sektorun ÜDM-də payı 83,1% səviyyəsində proqnozlaşdırılır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.*
A.Axundov