Noyabrın 22-dəAzərbaycanın energetika naziri Natiq Əliyev Moskvada “LUKoil” şirkətinin yaranmasının 25 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
“Tədbir noyabrın 22-də Kremldə keçiriləcək. Mərasimdə Azərbaycanın energtetika naziri Natiq Əliyev də iştirakı gözlənilir”, - deyə məlumatda deyilir.
Məlumata əsasən, yubiley münasibətilə şirkət həmçinin Azəraycan Energrtika Nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunub.
Azərbaycan şirkətin Rusiyadan kənarda “AÇG” blokunun kəşfiyyatı və işlənməsinı dair “Əsrin müqaviləsi”nin səhmdarı qismində xarici fəaliyyətə başladığı ilk ölkədir. Hazırda şirkət dünyanın 12 ölkəsində kəşfiyyat və hasilat sahəsində layihələr həyata keçirir.
“Son illər ərzində şirkətin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələr və dünyanın enerji bazarında Rusiya ilə tərəfdaşlıqda əsas vasitəçi qismində iştirakı, Azərbaycan və Rusiya arasında ticari-qtisadi əlaqələrin möhkəmlənməsində vacib rol oynayıb”, - deyə məlumatda qeyd edilir. **
N.Abbasova