Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 700 min nəfərə yaxınlaşır. Bu barədə baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov məlumat verib.
«Yaxın aylarda partiya üzvlərinin sayı 700 min nəfərə çatacaq. Azərbaycan tarixində hələ heç vaxt bu qədər üzvü özündə birləşdirən təşkilat olmayıb», - deyə Ə.Əhmədov bu gün YAP-ın 24 illiyinə həsr olunmuş tədbirdə vurğulayıb.
O, YAP-ı “uğurlu siyasi təşkilat” adlandırıb.
«Partiya təsis olunduqdan yarım il sonra onun yaradıcısı Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. YAP artıq 24 ildir ölkənin hakim partiyasıdır və əminəm ki, hələ uzun illər hakimiyyətdə olacaq», - deyə icra katibi qeyd edib.
O vurğulayıb ki, YAP ictimai-siyasi proseslərdə fəal iştirak edir.*
R.Babayev