Ədliyyə naziri Fikrət Məmmədov ölkədə notarial əməliyyatların sayının artdığını qeyd edir.
«9 ay ərzində notariuslar tərəfindən aparılan notarial əməliyyatların sayı 2,7 mln.-a çatıb», - deyə F.Məmmədov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
O, notarial əməliyyatların sayının nə qədər artdığını açıqlamayıb.
Nazir vurğulayıb ki, qeyd olunan dövrdə notariuslarda 240 minə yaxın vətəndaş vəziyyəti aktı qeydiyyata alınıb. «Qeydiyyata alınmış doğuşların sayı 117,5 min, bağlanmış nikahların sayı 49 min təşkil edib», - deyə F.Məmmədov qeyd edib.
O əlavə edib ki, 1 oktyabr tarixinə Azərbaycanda qeydiyyata alınmış qeyri-kommersiya təşkilatlarının sayı 4,3 minə çatıb, qeydiyyatdan keçmiş KİV orqanlarının sayı 5,1 mini ötüb.*
R.Babayev