2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 373,8 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, oktyabrda Azərbaycanda 168,3 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində mənzil tikintisinə investisiyalar 488,1 mln. manat təşkil edib (azalma 43,4%).
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır. **
A.Əzizov