Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında 26 mln. 741,1 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $7 mırd. 496 mln. 92 min (azalma 23,9%) təşkil edib.
2016-cı ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $4 mlrd. 699 mln. 566,5 min məbləğində neftin bəyan edilmiş həcmi 15 mln. 743 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.**
N.Abbasova