Bu gün MDB ölkələrinin Gənclərlə işüzrəŞurasının Bakıda keçirilən 20-ci iclasında 2020-ci ilədəkbeynəlxalq gənclər əməkdaşlığıStrategiyası müzakirə olunur.
İclasda qeyd edilib ki, MDB ölkələri 2020-ci ilədəkbeynəlxalq gənclər əməkdaşlığıStrategiyasının həyata keçirilməsi və 2018-2019-cu illər üçün Fəaliyyət Planının layihəsinin hazırlanması üzrə 2016-2017-ci illəri əhatə edən Fəaliyyət Planının keyfiyyətlə icrası üçün zəruri tədbirlər görür.
«Gənclərlə işüzrəŞura gənclərimizin inkişafı üçün unikal meydança olmaqla yanaşı, həm də münasibətlərimizdəki xoş ənənələrin davam etməsinin təminatçısıdır», - deyə Şuranın sədri, Qazaxıstanın dinlərlə iş və vətəndaş cəmiyyəti üzrə vitse-naziri Abzal Nukenov bildirib.
O, gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərində MDB ölkələri arasında sıx münasibətlərin yarandığını vurğulayıb.
Tədbir iştirakçıları Azərbaycanın gənclərlə iş üçün çoxfunksiyalı mərkəzlər rolunu oynayan Gənclər evlərinin yaradılması istiqamətindəki müsbət təcrübəyə malik olduğunu qeyd ediblər.
«Azərbaycan dünyanın 60-dan çox ölkəsi, o cümlədən bütün MDB ölkələri ilə gənclər sahəsində ikitərəfli sazişlər imzalayıb», - deyə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, ölkə əhalisinin 27%-ni gənclər təşkil edir.
«Azərbaycanda gəcnlər siyasəti prioritetdir. Respublikada gənclərlə bağlı 300-ə yaxın QHT fəaliyyət göstərir. Bundan başqa, 38 Gənclər evi inşa edilib», - deyə nazir əlavə edib.
O, bu istiqamətdə iki dövlət proqramının uğurla həyata keçirildiyini qeyd edib.
«Hazırda 2020-ci ilədək Gənclərin inkişafı üzrə növbəti dövlət proqramı razılaşdırılır. 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının müddəaları həyata keçirilir», - deyə A.Rəhimov diqqətə çatdırıb.
İclasda qeyd edilib ki, 2017-ci il oktyabrın 14-22-də Soçidə tələbə və gənclərin XIX Ümumdünya festivalı keçiriləcək.*
R.Babayev