Avropa İnvestisiya Bankı (AİB) "AccessBank"a 20 mln. avro məbləğində ikinci kredit xəttinin ayrılmasını təsdiqləyib. Bu barədə AİB-nin saytında məlumat verilir.
“Noyabrın 16-da AİB "AccessBank"a kredit xəttinin ayrılmasını təsdiqləyib. Kreditin məbləği 20 mln. avro təşkil edəcək. Təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldiləcək”, - deyə məlumatda deyilir.
Bu, EIB-nin “AccessBank”a ayıracağı ikinci kredit olacaq. 2014-cü ilin iyul ayında banklar arasında 25 mln. avro məbləğində kredit haqqında saziş imzalanıb.
“AccessBank” 2002-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” tərəfindən yaradılıb.
Azərbaycan hökuməti və EİB arasında çərçivə sazişi 2014-cü il yanvarın 15-dən qüvvəyə minib. Hazırda bankın Azərbaycandakı portfeli $75 mln. dəyərində iki layihədən ibarətdir.**
A.Əzizov