2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 mln. 121 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $208 mln. 407,4 min (azalma 7,3%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $131 mln. 476,8 min dəyərində (artım 46,6%) 319,9 min ton şəkər xammalı və şəkər (artım 56,1%), $87 mln. 723,1 min dəyərində (artım 62,9%) 98 min 2,9 ton bitki yağı (artım 10,8%), $30 mln. 211,2 min dəyərində (artım 2,7 dəfə) 8 min 882,1 ton çay (artım 77,7%), $38 mln. 437,4 min dəyərində (artım 2,4 dəfə) 11 min 265,1 ton kərə yağı və süd (artım 21,4%) idxal edilib.
Yanvar-sentyabr aylarında respublikaya $43 mln. 846,6 min dəyərində (artım 68,5%) 49 min 509,7 ton meyvə (artım 3,3%), $15 mln. 411,4 min dəyərində (artım 3 dəfə) 40 min 769,1 ton tərəvəz (artım 87,3%), $21 mln. 41,5 min dəyərində (artım 3,2 dəfə) 112,8 min ton kartof (artım 37,5%) idxal edilib.
Hesabat dövründə ölkədən $87 mln. 598,1 min dəyərində (artım 60,9%) 96 min 890,5 ton tərəvəz (artım 44%), $112 mln. 966,7 min dəyərində (artım 29,7%) 72 min 337,6 ton meyvə (artım 36%), $15 mln. 781,2 min dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%), $4 mln. 425,4 min dəyərində (azalma 64,6%) 834,3 ton çay (azalma 69,4%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $50 mln. 439,1 min dəyərində (azalma 70,1%) 89 min 273,6 ton şəkər (azalma 44,8%), $7 mln. 272,9 min dəyərində (azalma 84,6%) 7 min 13,5 ton bitki yağı (azalma 63,3%) ixrac edilib.**
N.Abbasova