Vaşinqton Qarabağ münaqişəsinin tərəfləri ilə problemin sülh yolu ilə həllinin tapılması işinə sadiqdir. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini Bridcet Brink bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. ABŞ Ermənistan-Azərbaycan münaqişəsi tərəfləri ilə işləyərək problemin hərtərəfli həllinə sadiqdir”, - deyə B.Brink bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki bu postda kimin əvəz edəcəyi hələlik müəyyən olunmayıb.
Bununla yanaşı, o, 31 dekabr tarixində həmsədr qismində fəaliyyəti başa matan C.Uorlikin xidmətlərini yüksək qiymətləndirib.
“Səfir Uorlik 3 il ərzində bu vəzifəni icra edib. O yaxşı diplomatdır. Biz onun işini yüksək qiymətləndiririk. Qarabağ münaqişəsi zonasında aprel döyüşləri zamanı onunla sıx işləmişik. Yeni amerikalı həmsədrinin adı hələlik məlum deyil”, - deyə o əlavə edib. **
F.İsazadə