Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üçün şirkət seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB əməkdaşlarının tibbi sığortası üçün şirkət seçimi üzrə tender elan edib”, - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, tenderin nəticələrinə görə, “AXA Mbask” tibbi sığortaçı müəyyən olunub.
“Şirkət artıq 27 oktyabr 2016-cı il tarixi tibbi sığorta üzrə xidmətin göstərilməsinə başlayıb və 12 ay müddətində bu xidmətləri göstərəcək”, - deyə AMB-dən məlumat verilib.
İndiyədək AMB-nin əməkdaşlarına “Azsığorta” şirkəti tərəfindəntibbi sığorta xidmətləri göstərilirdi. **
A.Axundov