Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Parabank” ASC, “Dekabank” ASC və “Kredobank” ASC-nin kreditorlarının tələblərinin qəbul prosesini başa çatdırıb. Bu barədə bankların ləğvedicisi olan ADIF-dən məlumat verilib.
31 oktyabr tarixində “Parabank” və “Dekabank, noyabrın 7-də isə “Kredobank”ın kreditorlarının iki ay müddətində tələblərinin qəbul prosesi başa çatıb. Bu tarixlərdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, MBNP 2016-cı ilin iyul ayında “Parabank”, “Dekabank” və “Kredobank”ın bank fəaliyyəti üçün lisenziyalarını ləğv edib. **
A.Axundov