Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizinə bir sıra ölkələrin maraq göstərdiyini qeyd edir.
“Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olmasını nümayiş etdirir. Həqiqətən də bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil”, - deyə N.Məmmədov özünün Facebook səhifəsində yazıb.
Öncə İran XİN-in mətbuat katibi Bəhram Qasımi Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi imkanı barədə bəyan edib.
İlkin mərhələdə “Şimal-Cənub” dəhlizi ilə 5 mln. ton yükün daşınması həyata keçiriləcək. Gələcəkdə daşınma həcmi 10 mln. tonu ötəcək. **
F.İsazadə