2016-cı ildə bağlanan 10 bankın əmanətçilərinə ümumilikdə 708,399 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,081 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,147 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 975 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 52,306 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 42,862 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,192 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,021 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,218 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,926 mln. manat kompensasiya verilib.
“Bank Standard”ın əmanətçilərinə 421,669 mln. manatdan çox kompensasiya ödənilib.**
A.Əzizov