Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişaf indeksi (IDI)reytinqində 58-ci yeri tutub. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya Cəmiyyətinin ölçülməsi 2016" adlı hesabatda öz əksini tapıb.
Ötən ilki hesabatda ölkəmiz 67-ci yerdə qərarlaşmışdı.
Azərbaycan bu göstərici üzrə MDB regionunda Belarus (31-ci yer), Rusiya (43-cü yer) və Qazaxıstandan (52-ci yer) sonra dördüncü yerdə qərarlaşıb.
BTİ-nin qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanın IDI-si ötən illə müqayisədə (6.23) artaraq 6.28 təşkil edib.
2015-ci ildə Azərbaycanda stasionar telefon bağlantısının nüfuzetmə səviyyəsi 18.7% təşkil edib, mobil bağlantıda isə bu göstərici 111.3% olub. Ölkədə 62.4% ev təsərrüfatı kompüterdən istifadə edir və ev istifadəçiləri arasında internetin nüfuzetmə səviyyəsi 76.7% təşkil edir.*
N.Abbasova