Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Adil Embark etimadnaməsinin surətini xarici işlər naziriElmar Məmmədyarova təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Görüşdə tərəflər Azərbaycan və Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq bildiriblər.
Bundan başqa, iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırılıb. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb.
Nazir E.Məmmədyarov Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.
Səfir A.Embark iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.*
R.Babayev