"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan və Məşhəd şəhərləri arasında sərnişin qatarını dekabr ayınadək istifadəyə verəcək. Bu barədə bu gün jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
«Bu marşrut üzrə birinci qatar 27-30 noyabr tarixlərində yola düşəcək», - deyə o qeyd edib.
Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə iki dəfə hərəkət edəcək.*
N.Abbasova