Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC)baş katibiMəhəmməd Barkindo Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə energetika naziri Natiq Əliyev bəyan edib.
“OPEC-in baş katibi Azərbaycana səfər etmək niyyətindədir. Bu səfərin Azərbaycanla kartel arasında əməkdaşlığın inkişafı üçün davamlı təməl yaradacağını, həmçinin dünyada və neft ixrac edən ölkələr arasında ölkəmizin nüfuzunu artıracağını nəzərə alaraq, Energetika Nazirliyi prezident İlham Əliyevin icazəsi ilə M.Barkindoya dəvət ünvanlayıb”, - deyə N.Əliyev “Respiblika” qəzetindəki məqaləsində qeyd edib.
Onun rəyinə görə, Azərbaycan və OPEC arasında əməkdaşlığın əhəmiyyəti, bu qarşılıqlı əlaqələrin genişlənməsi məsələləri oktyabr ayında OPEC-in Vyanadakıgörüşü çərçivəsində, o cümlədən toplantıdan öncə N.Əliyev və M.Barkindo arasında keçirilən ikitərəfli görüş zamanı müzakirə olunub. **
N.Abbasova