Azərbaycanda ehtiyatsız davranış nümayiş etdirən bank rəhbərləri məsuliyyətə cəlb olunacaqlar. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
"Biz bank menecmentinin məsuliyyətə cəlb edilməsi üçün hüquqi platforma hazırlamışıq. Bank rəhbərləri ehtiyatsız davranışlarına görə məsuliyyət daşıyacaqlar", - deyə o, bu gün Bakıda keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda bank forumunda bildirib.
Sədrin sözlərinə görə, MBNP artıq bank rəhbərlərinin maliyyə, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. "Qanun layihəsi artıq hazırdır və onun müzakirəsi gedir ", - deyə R.Aslanlı əlavə edib.*
A.Axundov