Bakı və Moskva qarşılıqlı pensiya təminatı və əmək miqrasiyası sahələrində əməkdaşığa dair ikitərəfli sazişlərin imzalanmasına hazırdır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib.
“Əfsuslat olsun ki, Azərbaycan Rusiya ilə pensiya təminatına dair ikitərəfli sazişə malik olayan yeganə MDB ölkəsidir. Lakin bu gün Moskva ilə qarşılıqlı pensiya təminatı və əmək miqrasiyası sahələrində əməkdaşığa dair iki sazişin imzalanmasına hazırlıq gedir”, - deyə S.Müslümov Rusiyanın Sosial Sığorta Fondunun sədr müavini Aleksey Polikaşinin başçılıq etdiyi nümayəndə heyətiilə görüş zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiya Azərbaycanın ən iri rərəfdaşıdır. “Biz strateji tərəfdaşlarıq. Bundan başqa, Azərbaycan və Rusiya təbii, həmçinin enerji resurslarının ixracatçılarıdır. Enerji daşıyıcılarının qiymətinin ucuzlaşması da iqtisadiyyatlarımıza mənfi təsir göstərib”, - deyə o qeyd edib.
S.Müslümov vurğulayıb ki, Azərbaycan tərəfi Rusiyanın sosial siyasətində baş verən dəyişiklikləri diqqətlıə izləyir. “Biz bir-birimizin təcrübəsini fəal öyrənməli və təcrübə mübadiləsi həyata keçirməliyik”, - deyə nazir bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, SSR-nin süqutundan sonra buarada tədrisin rus dilində aparıldığı məktəblərin sayı artıb. **
R.Babayev