Yaxın 15-20 il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft-qaz sazişlərindən təxminən $100 mlrd. gəlir əldə edəcəyi gözlənilir. Bunu fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
"Əgər indiyədək nef-qaz sazişləri çərçivəsində ARDNF-ə $120 mlrd. daxil olubsa, yaxın 15-20 il ərzində bu rəqəm təxminən $100 mlrd. təşkil edəcək", - deyə o, bu gün Bakıda keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda bank forumunda bildirib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Axundov