Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2016-cı ilin sonuna kimi ləğv olunan 11 bankın əmanətçilərinə daha 40-45 mln. manat məbləğində kompensasiya ödəniləcək. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlıdeyib.
“ADIF sığortalanan əmanətçilərə 710 mln. manat məbləğində kompensasiya ödəyib. Daha 40-45 mln. manatın ödənilməsi gözlənilir”, - deyə R.Aslanlı bu gün Bakıda "Post-neft dövründə bank sisteminin inkişafı: yeniçağırışlar və perspektivlər"mövzusunda bank forumunda bildirib.
Onun sözlərinə görə, “Bank Standard”ın əmanətçilərinə nəzərdə tutulan 460 mln. manatdan artıq 425 mln. manat məbləğində kompensasiya ödənilib. “Qalan məbləğin ödənişi yaxın günlərdə başa çatacaq”, - deyə o əlavə edib.
2016-cı ilin əvvəlindən Azərbaycanda müxtəlif səbəblərdən 11 bank ləğv olunub. Bununla belə, 10 bankın əmanətçilərinə kompensasiya ödənilir. Lisenziyası ləğv olunan “United Credit Bank” üzrə hələlik sığorta hadisəsi elan edilməyib və kompensasiya ödənişinə başlanılmayıb. **
A.Axundov