Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ildə sahibkarlara təxminən 200 mln. manat güzəştli kredit verməyi planlaşdırır. Bu barədə İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov məlumat verib.
Daha əvvəl nazirlik SKMF-in xətti ilə 250 mln. manata yaxın məbləğdə kreditin veriləcəyini proqnozlaşdırırdı.
"Cari ilin 9 ayı ərzində fond 120,6 mln. manat məbləğində güzəştli kreditlər ayırıb, ilin yekunları üzrə bu rəqəmin 200 mln. manata yaxın təşkil edəcəyini gözləyirik", - deyə o bildirib.
Şöbə müdirinin sözlərinə görə, qeyd olunan dövrdə 1,815 min sahibkara kredit verilib və 5,7 min yeni iş yeri açılacaq.
Hesabat dövründə kreditlərin 75,5%-i əvvəllər verilmiş kreditlər üzrə qaytarılan vəsaitlərin hesabına verilib.
Verilən kreditlərin 33,2%-i Bakı şəhəri və qəsəbələrinin payına düşür.*
A.Axundov