Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqında narahatlıq doğurur. Bu barədə RumıniyanınBakıdakı yeni səfiri Danİanku bəyan edib.
“Şərq tərəfdaşlığı”na üzv dövlətlərində həlli uzanan münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi əvvəlki kimi, Aİ-də, xüsusilə də Rumıniyada narahatlıq yaradır”, - deyə D.İanku bu gün işgüzar səhər yeməyi zamanı jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi Rumıniya XİN və bütövlükdə Aİ-nin xarici siyasətinin diqqət mərkəzindədir. **
F.İsazadə