Buxarest Bakı və Brüssel arasında əlaqələrin inkişafını dəstəkləyir. Bu sözləri Rumıniyanın Azərbaycandakı yeni səfiri Dan Yanku deyib.
«Rumıniya və Azərbaycan arasında yaxşı münasibətlər var. Biz Aİ-Azərbaycan əlaqələrinin inkişafını dəstəkləyirik», - deyə D.Yanku bu gün azərbaycanlı jurnalistlərlə işgüzar səhər yeməyində bildirib.
O, iki ölkə arasında ticarət dövriyyəsi ilə bağlı vəziyyətə də toxunub. Diplomatın sözlərinə görə, 2015-ci ildə Azərbaycan və Rumıniya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi $161 mln. təşkil edib.
D.Yanku SOCAR-ın Rumıniyadakı fəaliyyətini də müsbət qiymətləndirib.
Səfir əlavə edib ki, Azərbaycan onun diplomatik karyerasında ilk ölkədir.*
F.İsazadə