Rumıniyada keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq. Bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bu gün azərbaycanlı jurnalistlərlə işgüzar səhər yeməyində məlumat verib.
Rumıniyada parlament seçkiləri dekabrın 11-də keçiriləcək.
Səfirin sözlərinə görə, məntəqə səhər saat 7:00-dan 21:00-dək açıq olacaq. “Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rumıniya vətəndaşları səsvermədə iştirak edə bilərlər”, - deyə o əlavə edib.*
F.İsazadə