1995-2015-ci illərdə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşları 184 mlrd. 75,2 mln. manat təşkil edib ($219 mlrd. 216,2 mln.). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“1995-2015-ci illərdə Azərbaycan iqtisadiyyatına investisiyalar 184 mlrd. 75,2 mln. manat, həmçinin 2015-ci ildə 20 mlrd. 57,4 mln. manat təşkil edeib. Bu dövrdə iqtisadiyyata daxili investisiyalar 93 mlrd. 397,4 mln. manat, xarici investisiyalar 90 mlrd. 677,8 mln. manat təşkil edib ($106 mlrd. 195,9 mln.)”, - deyə hökumətdən qeyd ediblər.
Bununla belə, 2015-ci ildə iqtisadiyyata daxili investisiyalar 9 mlrd. 58,5 mln. manat, xarici investisiyalar 10 mlrd. 998,9 mln. manat təşkil edib.
İnvestisiyaların strukturunda neft sektoruna cəlb edilən vəsaitin həcmi $79 mlrd. 953,4 mln., qeyri-neft sektoruna - $139 mlrd. 262,8 mln. təşkil edib.
1995-2015-ci illərdə xarici investisiyaların strukturunda Azərbaycan iqtisadiyyatına maliyyə kreditləri şəklində $26 mlrd. 218,8 mln. (həmçinin qeyri-neft sektoruna $4 mlrd. 130,8 mln.) cəlb olunub.
Bundan başqa, qeyd edilən dövrdə birbaşa xarici investisiyalar $68 mlrd. 622,4 mln., neft bonusları - $216,2 mln., portfel investisiyaları - $5 mlrd. 5,3 mln., digər investisiyalar - $6 mlrd. 133,2 mln. təşkil edib.
1995-2015-ci illərdə birbaşa xarici investisiyalar strukturunda neft sektoruna $59 mlrd. 94,2 mln., qeyri-neft sektoruna - $9 mlrd. 528,2 mln. cəlb olunub. **
A.Əzizov