1995-2015-ci illər ərzində Türkiyə, Böyük Britaniya və ABŞ Azərbaycanda qeyri-neft sektortuna birbaşa investisiyaların həcminə görə liderdir.
“1995-2015-ci illərdə Türkiyə, Böyük Britaniya və ABŞ Azərbaycanda qeyri-neft iqtisdadiyyatına birbaşa investisiyaların həcminə görə lider mövqeyindədir. Bu dövrdə qeyri-neft sektoruna bütün birbaşa investisiyaların 53,2%-i bu üç ölkənin payına düşür. İnvestisiyaların həcmi $9,25 mlrd. təşkil edib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
Xüsusilə, türk investorları tərəfindən qeyri-neft sektoruna birbaşa investisiyalar $2 mlrd. 572,8 mln. (xüsusi çəki 27%), o cümlədən 2015-ci ildə $220,4 mln. təşkil edib.
Böyük Britaniya şirkətləri $1 mlrd. 488,4 mln. (15,6%), həmçinin 2015-ci ildə $173,1 mln. həcmində investisiya yatırıblar.
1995-2015-ci illərdə ABŞ şirkətlərinin birbaşa investisiyaları $1 mlrd. 11,84 mln. (10,6%), 2015-ci ildə - $18,94 mln. təşkil edib.
O cümlədən Azərbaycanın qeyri-neft sektoruna aparıcı investorların onluğuna daxildir: Niderlan Krallığı ($882,1 mln.), BƏƏ ($658,6 mln.), Almaniya ($405,4 mln.), Rusiya ($234,5 mln.), İsveçrə ($220,3 mln.), Fransa ($154,3 mln.) və İtaliya ($122,7 mln.).**
A.Əzizov