Belarus Azərbaycan neftinin emalına maraq göstərir. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Azərbaycan neftinin Belarus zavodlarında emalı bizim üçün böyük maraq kəsb edir. Biz bu işi təşkil edərək kimya sahəsində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirə bilərik. Bu, xüsusilə xammalın qarşılıqlı tədarükü və Belarus və Azərbaycan kimya müəssisələri arasında sıx əməkdaşlığın qurulması ola bilər”, - deyə A.Lukaşenko “Trend” agentliyinə müsahibəsində bildirib. Müsahibənin mətni dövlət başçısının saytında dərc olunub.
A.Lukaşenkonun rəyinə görə, bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində əməkdaşlıq da perspektivlidir. “Bu sahədə qarşılıqlı fəaliyyətin diapazonu çox geniş ola bilər – birgə elmi tədqiqatların aparılmasından müasir yüksək effektli enerji qurğularının yaradılmasınadək”, - deyə o vurğulayıb. **