Bu gün Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda 6 sənəd imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən xəbər verib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ilə "Ukrayna Dəmir Yolları" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bundan başqa, ADY "Transkonteyner" PSC və "Rusaqrotrans" QSCilə strateji əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
"Bakı Metropoliteni" QSC ilə "RJD Stroy" SC arasında isə əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Transkonteyner" PSC və "Korporasiya Port Dalyan Ltd." strateji əməkdaşlıq haqqında niyyət memorandumu imzalayıblar.
Eyni zamanda, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və "RJD Logistika" SC arasında strateji tərəfdaşlıq barəsində memorandum imzalanıb. *
N.Abbasova