SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
45 nömrəli quyu 6 saylı dərin dəniz özülündən qazılıb.
Quyu gündəlik 71 ton neft və 5 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Yataqda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir. **
N.Abbasova