Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə bu gün Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Səfər proqramında A.Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək və geniş tərkibdə danışıqların aparılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.
Hər iki ölkənin liderləri Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini, o cümlədən ticarət-iqtisadi əməkdaşlığı, investisiyalar, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Danışıqların yekunları üzrə bir neçə beynəlxalq sənədin imzalanması gözlənilir.
Bundan başqa, A.Lukaşenkonun baş nazir Artur Rasizadə ilə də görüşü planlaşdırılıb.*