Azərbaycan hökuməti 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmaları 200 mln. manat məbləğində proqnozlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.
«2017-ci ildə özəlləşdirmədən 200 mln. manat məbləğində gəlirin əldə olunacağı gözlənilir ki, bu da 2016-cı ilin proqnoz göstəricisindən 2 dəfə, 2015-ci ilin faktiki göstəricisindən isə 8,3 dəfə çoxdur. Bu vəsaitlər dövlət büdcəsinin kəsirinin ödənilməsinə yönəldiləcək», - deyə məlumatda qeyd olunur.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 4 mln. 654,7 min manat daxil olub ki, bu da 2016-cı ilin proqnozunun 4,7%-ni təşkil edir.*
A.Axundov