İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının tərkibi yenilənib. Bu barədə büronun məlumatında deyilir.
Himayəçilər Şurası iştirakçıların səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yenidən formalaşdırılıb.
“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, “AXA MBask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Lana Gözəlova və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Tələt Səfərov Himayəçilər Şurasına üzv seçilib.
Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2 əməkdaşı - Nurlan Babayev və Orxan İsmayılov da Himayəçilər Şurasına üzv seçilib.
Üzvlərin səlahiyyət müddəti 5 ildir.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 17 sığorta şirkəti büronun üzvüdür.*
A.Axundov