Bu həftə İstanbulda Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfrans keçiriləcək.
“Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov tədbirdə iştirak etmək üçün noyabrın 28-dən 30-dək Türkiyədə səfərdə olacaqlar”, - deyə parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Konfransda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.
Tədbirdə Fələstin barədə, habelə Türkiyədə cari ilin 15 iyul tarixində baş vermiş hadisələrə həsr olunmuş filmlər nümayiş etdiriləcək.*
R.Babayev