“Azərbaycanın orta məktəblərində 90 min nəfər rus dilində təhsil alır. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
"Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən artıq şagird rus dilini xarici dil kimi öyrənir", - deyə nazir bu gün Bakıda keçirilən “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının durumu və perspektivləri” adlı konfransda bildirib.
Onun sözlərinə görə, humanitar sahədə Azərbaycan-Rusiya əlaqələri böyük tarixə malikdir. "Azərbaycanda rus dilinin öyrənilməsinə dəstək ölkəmizin dövlət siyasətinin əsasını təşkil edən multikulturalizm prinsipinə uyğundur",- deyə M.Cabbarov vurğulayıb.
Konfransda Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva da iştirak edir.*
F.İsazadə