Milli Məclisdə Xocalı soyqırımını törədən şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanun layihəsi hazırlanır. Bu barədə parlamentin vitse spikeri Bahar Muradova bəyan edib.
“2017-ci ildə Xocalı şəhərinin dinc sakinlərinə qarşı erməni quldurları tərəfindən törədilən faciəli hadisələrdən 25 il ötür. Bununla əlaqədar noyabrın 20-də parlament Xocalı soyqırımına dair qanun layihəsi hazırlayır”, - deyə B.Muradova bu qanun layihəsinin hazırlanmasına həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Xocalı soyqırımının növbəti, 25-ci ildönümünə həsr olunaraq, 3 ay müddətinə hazırlanmalıdır.
“Qanun layihəsi yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnən soyqırımın törədilməsində cinayət məsuliyyətinə cəlb olunmağa, həmçinin Ermənistan tərəfindən etnik təmizləmə siyaəstinə məruz qalan Azərbaycan əhalisinin pozulan hüquqlarının bərpasına yönəlib. Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər layiqli cəzalarını almalıdırlar”, - deyə vise-spiker qeyd edib.
B.Muradova bildirib ki, parlamentin vətəndaş cəmiyyətinə müraciət etdiyi təşəbbüs və təkliflər qanun layihəsinin hazırlanmasına təkan verdi.
“Biz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və erməni terrorçularının dinc Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərlə bağlı ədalətin bərpasına yönələn vətəndaş cəmiyyətinin səylərini dəstəkləməliyik”, - deyə B.Muradova bəyan edib.
Onun sözlərinə görə, Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsinə dair real addımların zamanı gəlib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlitədbir iştirakçılarına sənəd barədə məlumat verib.
“Nəhayət ki, Xocalı soyqırımını törədənləri və Azərbaycan ərazilərini işğal edənləri cəzalandırmaqğın zamanı gəlib. Çünki beynəlxalq birlik Srebrenitsada bəşəriyyətə qarşı qanlı cinayətləri törədənləri cinayət məsuliyyətinə cəlb edib. Xocalıda dinc vətəndaşlara qarşı soqyırım törədənlər isə indiyədək azadlıqdadır. Qeyd etmək lazımdır ki, Xocalı işğal altındadır”, - deyə deputat Azay Quliyev bəyan edib. **
R.Babayev