İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanda səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
"İranlı nazirin səfərdə məqsədi “Bakutel-2016” beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransında iştirak etməkdir", - deyə səfirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində M.Vaezi iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri olan iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək.
"Bundan başqa, o, Naxçıvan-Məşhəd dəmir yolu marşrutunun açılışında iştirak etmək üçün Naxçıvana səfər etmək niyyətindədir", - deyə səfirlikdən qeyd ediblər.*
F.İsazadə