Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 28-də növbəti depozit hərracında 50 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB noyabrın 28-də keçirdiyi növbəti depozit hərracında 50 mln. manat cəlb edib, təklif 72 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 14,95% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.*
A.Əzizov