Hazırda Rusiyanın ali məktəblərində 14 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bunu Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva bu gün Bakıda keçirilən konfransda deyib.
"Bu gün RF ali məktəblərində 14 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Cari dərs ilində Rusiya ali məktəblərinə 351 azərbaycanlı tələbə qəbul olunub", - deyə o bildirib.
Nazir qeyd edib ki, "bu, yaxşı göstərici olsa da, RF Təhsil və Elm Nazirliyi Azərbaycanın Təhsil Nazirliyi ilə səyləri artıracaq, davam etdirəcək və əlaqələndirəcək.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə bu əməkdaşlıq tempinin qorunub saxlanacağına ümidvar olduğunu deyib. "Biz təhsil sahəsində əlaqələrimizin mövcud tempinin qorunub saxlanacağına böyük ümidlər bəsləyirik. Son illər biz çox dinamik münasibətlərin şahidiyik", - deyə o əlavə edib.*
F.İsazadə