Azərbaycan qanunvericiliyində beynəlxalq cinayət növü qismində etnik təmizləməyə dair presedent yaradıla bilər. Bu barədə Milli MəclisAparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiriNizami Səfərovbəyan edib.
“Əfsuslar olsun ki, bu gün heç bir beynəlxalq konvensiya və heç bir dövlətin qaunuvetriciliyində etnik təmizləmə beynəlxalq cinayətin növü qismində əks olunmur. Buna görə, Azərbaycan qanunvericilyində etnik təmizləmə müstəqil cinayət qismində qiymətləndirilə bilən ilk dövlət ola bilər”, - deyə N.Səfərov Xocalı soyqırımının törədənlərin məsuliyyətə cəlb olunması məqsədilə qanun layihəsinin hazırlanmasına həsr olunan təbdirdə vurğulayıb.
O qeyd edib ki, qanun layihəsi bir neçə vacib elementdən ibarətdir.
“Həmin komponentlərdən biri etnik təmizlənmənin qarşısının alınması və onu törədənlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Bizdə belə qanun yoxdur”, - deyə N.Səfərov bildirib.
Onun sözlərinə görə, ikinci element beynəlxalq məhləmələrdə presedentlərin öyrənilməsi, üçüncüsü - BMT Beynəlxalq hüquq komissiyasının fəaliyyəti ilə əlaqədardır.
“Bu layihənin hazırlanması qeyd olunan 3 komponent nəzərə alınmadan mümkün deyil. Qanun layihəsinin hazırlanması son dünya prosesləri nəzərə alınaraq həyata keçirilir. Və bu sənəd həmin sahədə ən qabaqcıl ola bilər. Qanun layihəsi təcavüz, bəşəriyyətə qarşı cinayətlər, hərbi cinayətlər, soyqırım, etnik təmizləmə kimi anlayışları əhatə edəcək”, - deyə N.Səfərov bəyan edib.
O həmçinin qeyd edib ki, qanun layihəsində yer alacaq bəndə əsasən, soyqırım törədən şəxslər toxunulmazlıq hüququna malik olamayaqlar. “Hətta soyqırım törədən dövlət başçıları məsuliyyətə cəlb olunacaqlar”, - deyə N.Səfərov bildirib.
Öz növbəsində, deputat Asim Mollazadə qeyd edib ki, Xocalı soyqırımını törədənlərin adları yaxşı məlumdur. “Soyqırım törədən 38 nəfərin adı yaxşı məlumdur. Onların bəziləri Ermənistan, digərləri Rusiya vətəndaşlarıdır. Azərbaycan, Rusiya ilə hüquq-müqavilə bazasından istifadə etməklə, onların ekstradisiyasına nail olmalıdır”, - deyə o vurğulayıb.
Deputat Qüdrət Həsənquliyev müzakirələr zamanı hansı səbəbdən Azərbaycanın indiyədək Beynəlxalq məhkəmənin yurisdiksiyasına qoşulmaması barədə sual edib.
“Artıq 25 ildir Xocalı soyqırımı üzrə istintaq davam edir və hələ də başa çatmayıb. Ölkəmizin qanunvericiliyi ittiham edilən şəxslərin iştirakı olmadan qiyabi məhkəmələrin keçirilməsi mümkündür. Məhkəmələr başa çatandan sonra qəbul olunan sənədlər XİN vasitəsilə BMT baş katibinə çatdırılmalıdır”, - deyə o bəyan edib.
Deputat Fazil Mustafa İsrailin “Mossad” kəşfiyyatının təcrübəsindən istifadə etməyi təklif etdi. “Xocalı soyqrımını törədənləri Azərbaycan ərazisinə gətirərək burada mühakimə etmək lazımdır”, - deyə o qeyd edib. **
R.Babayev