2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana sement və klinker idxalı 335 min ton təşkil edib ki, bu da 2015-cü ilin analoji dövrünün göstəricisindən 18,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə ümumilikdə $15 mln. 386,3 min dəyərində (аzаlma 36%) sement və klinker idxal olunub”, - deyə məlumatda deyilir.
Bundan başqa, 9 ay ərzində Azərbaycana $20 mln. 205,1 min dəyərində 62,728 min ton mineral gübrə (azalma 31,6%) idxal olunub.
Hesabat dövründə ölkəyə $117 mln. 551,2 min dəyərində 196,2 min ton metalyayma məhsulu (azalma 10%), $31 mln. 247,5 min dəyərində 71,703 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 66,6%), $15 mln. 222,7 min dəyərində 20 min 162,4 ton qara metaldan hazırlanan günyə (azalma 43,1%), $385 mln. 387,7 min dəyərində 197,6 min ton qara metaldan hazırlanan boru (azalma 45,3%) idxal edilib. **
N.Abbasova