Dekabrın 1-də Bakıda İKT üzrə Azərbaycan-Türkiyə işgüzar görüşü keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Görüşdə Azərbaycan və Türkiyədə İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər”, - deyə məlumatda bildirilir.
Tədbir çərçivəsində, həmçinin şirkətlər üçün ikitərəfli görüşlər keçiriləcək, “start-up”ların təqdimatı olacaq.*
N.Abbasova