2016-cı ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6,681 min nəfər minimum əmək haqqının dörd misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Bundan başqa, cəza müddəti başa çatmaqda olan 62 nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.*
R.Babayev