Prezident İlham Əliyev bu gün Azərbaycana rəsmi səfərə gəlmiş Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini, o cümlədən ticarət-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Belarus prezidentinin, həmçinin Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.*
F.İsazadə