Belarus uzunmüddətli perspektivdə neft sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır. Bu barədə Belarus prezidenti Alerksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
“Əgər Avropa bazarı sizin üçün maraq kəsb edirsə, razılığa gəlmək mümkündür. Uzunmüddətli perspektivdə Azərbaycanla əməkdaşlığa hazırıq”, - deyə Belarusun “Belta” dövlət informasiya agentliyi A.Lukaşenkonun sözlərindən sitat gətirir.
O, Azərbaycan liderinə bu yaxınlarda Belarusa neft tədarükünə görə minnətdarlığını bildirib: oktyabrda Mozırsk neft emalı zavoduna 85 min tona yaxın neft tədarük edilib.
“Siz ilk dəfə deyil, ki bizi dəstəkləyirsiniz. Lakin bu, birdəfəlik dəstək idi. Mən anlayıram ki, hər bir neft neft istehsalçısının strategiyası olmalıdır. Bu mənada, Azərbaycanın maraqları çərçivəsində irəli addım atmağa hazırıq”, - deyə A.Lukaşenko vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, neft sahəsində tərəfdaşlıq Belarus ilə Azərbaycan arasında əlaqələr və danışıqların əsas mövzusu deyil. **