SOCAR “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündə 431 nömrəli quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
Quyu gündəlik 52 ton neft və 31 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.*
N.Abbasova