Elektrik enerjisi və qazın qiymətlərinin artırılması dəmiryolu nəqliyyatındaxidmətlərin qiymətinin artımına səbəb ola bilər. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov belə hesab edir.
“Ehtimala əsasən, elektrik enerjisi və qazın qiymətlərinin artırılması dəmiryolu nəqliyyatındaxidmətlərin qiymətinin artımına təsir edəcək”, - deyə C.Qurbanov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC elektrik enerjisinin istifadəsinə görə hər ay 1,3 mln. manat ödəniş həyata keçirir.
“Əgər elektrik enerjisi, enerji daşıyıcılarının qiymətləri artırsa, digər qiymətlər da qalxacaq”, - deyə o vurğulayıb. **
R.Babayev