2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 180 mln. 349,8 min manat məbləğində mənfəət vergisi ödəyiblər. Bu barədə “İnterfaks-Azərbaycan” agemtliyinə hökumətdən bildiriblər.
2016-cı ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 370 mln. manat məbləğində mənfəət vergisinin ödənişi nəzərdə tutulur.
“PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri 2016-cı ilin 9 ayı ərzində dövlət büdcəsinə 180 mln. 349,8 min manat məbləğində mənfəət vergisi ödəyiblər. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bu rəqəm 64,5% azalıb”, - deyə hökumətdən qeyd edilir.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.
2015-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri faktiki olaraq Azərbaycanın dövlət büdcəsinə 695 mln. 879 min manat məbləğində mənfəət vergisi ödəyiblər.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb. **
A.Əzizov