Cənubi Afrika Respublikasınınbeynəlxalqəlaqələr və əməkdaşlıq nazirixanımMaite Nkoana-Maşabane Azərbaycanm prezidenti İlham Əliyevə CAR-a səfərə dəvət edib.
“Prezident İlham Əliyevi Cənubi Afrika Respublikasında görməyə şad olarıq”, - deyə o bu gün xarici işlər naziri Elmar Məmmədyarovla birgə brifinqdə deyib.
M.Nkoana-Maşabanenin sözlərinə görə, Azərbaycan və CAR arasında hərbi-texniki əməkdaşlığa dair danışıqlar aparılıb.
O əlavə edib ki, tərəflər 7 ikitərəfli sənədin imzalanmasını müzakirə edirlər.
“Bu səfər çox məhsuldar oldu. Yeni məqsədlər üzərində çalışacağımız nəticələr əldə etmişik. Bir daha təsdiq edirik ki, bizim kimi gənc demokratik ölkələr siyasətdən başlayaraq insanlar arasında əlaqələrə qədər sıx fəaliyyət göstərməlidir”, - deyə nazir qeyd edib.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə CAR-a minnətdarlığını bildirib. “Dağlıq Qarabağa dair, o cümlədən BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq strukturlar çəriçivəsində mövqeyinə görə CAR-a minnətdarıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və CAR ikitərəfli əməkdaşlığın möhkəmlənməsi məqsədilə danışıqlar aparır.
XİN başçısı əlavə edib ki, bu gün ADA Universiteti ilə CAR-ın Diplomatiya Akademiyası arasında anlaşma Memorandumu imzalanacaq. **
F.İsazadə